Amerika Birləşmiş Ştatları Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin tədarükünü müzakirə edir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib. Nuland qeyd edib ki, o cümlədən onun uzunmüddətli ehtiyaclarının ödənilməsinin bir hissəsi kimi də müzakirə olunur.
Fevralın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, alınan Qərb qırıcıları və uzaqmənzilli raketlər Ukrayna ordusu tərəfindən yalnız “işğal olunmuş əraziləri azad etmək” üçün istifadə olunacaq.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyanın digər ərazilərində istifadə etmək niyyətində deyil.