ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin çatdırılmasını müzakirə edir - Nuland

20:34 - 23 Fevral 2023 - DÜNYA

Amerika Birləşmiş Ştatları Ukraynaya beşinci nəsil döyüş təyyarələrinin tədarükünü müzakirə edir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib. Nuland qeyd edib ki, o cümlədən onun uzunmüddətli ehtiyaclarının ödənilməsinin bir hissəsi kimi də müzakirə olunur.

Fevralın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, alınan Qərb qırıcıları və uzaqmənzilli raketlər Ukrayna ordusu tərəfindən yalnız “işğal olunmuş əraziləri azad etmək” üçün istifadə olunacaq.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyanın digər ərazilərində istifadə etmək niyyətində deyil.

Xəbər xətti