Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən görüşdə Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyasının rəhbəri Revaz Cavelidze bildirib.
Məlumata görə, Qaribaşvili və Ərdoğan iki ölkə arasında “strateji əlaqələr” və iqtisadi layihələri də müzakirə ediblər.
Qeyd edək ki, Qaribaşvili Türkiyəyə cümə axşamı gəlib. Sabah Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş ölkənin cənubunda yerləşən Hatay vilayətinə yola düşəcək.
Emin