Çin telekommunikasiya peykini orbitə buraxıb

17:18 - 23 Fevral 2023 - DÜNYA

Çin "ChinaSat-26" telekommunikasiya peykini uğurla orbitə çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Buraxılış CZ-3B raketindən istifadə etməklə ölkənin cənub-qərbindəki Xichang kosmodromundan həyata keçirilib. 

Bildirilir ki, "ChinaSat-26" yüksək tutumlu peykdir. O, Ka-diapazonunda (26,5-40 GHz) işləyir və Şərqi Asiya və Avstraliyada telekommunikasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Xəbər xətti