Ukrayna Rusiyanın bütün maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq etdi

16:18 - 23 Fevral 2023 - DÜNYA

Ukrayna Rusiyanın bütün maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat verilib.

Mərkəzi Bank da daxil olmaqla, bütün Rusiya bankları, eləcə də bank olmayan kredit təşkilatları, ödəniş sistemlərinin operatorları üçün məhdudiyyətlər tətbiq edilib. Bu sanksiyaların müddəti 50 ildir.

Söhbət Rusiya banklarının aktivləri ilə əməliyyatların dayandırılmasından gedir, bundan sonra Rusiyanın maliyyə qurumları ilə müxbir əlaqələr də daxil olmaqla əlaqələr qurmaq qadağandır, onların qiymətli kağızlarını almaq mümkün deyil. Bundan başqa, təsərrüfat və maliyyə öhdəliklərinin yerinə yetirilməsi, elektron ödəniş vasitələrinin saxlanması dayandırılıb.

Xəbər xətti