Finlandiya Ukraynaya üç "Leopard 2R" verəcək

16:04 - 23 Fevral 2023 - DÜNYA

İsveçdən sonra Finlandiya Ukraynaya üç Leopard 2R verəcək

Ucnoqta.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, onlar 160 milyon avro məbləğində 13-cü hərbi yardım paketinə daxil ediləcəklər. Bundan başqa, Finlandiya da onların istifadəsi və saxlanması üzrə təlimlər keçirəcək.

"Leopard 2R", Finlandiya ordusu üçün xüsusi olaraq "Leopard 2A4" əsasında hazırlanmış ağır mina əleyhinə döyüş maşınıdır.

Xəbər xətti