Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlər nəticəsində ən azı 100 əsgər dağıntılar altında ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar TRT-yə bildirib.
"Hazırda təəssüf ki, 100 əsgərimizi itirmişik. İki əsgəri xilas etmək üçün hələ də dağıntıları sökə bilmirik. Davamlı iş gedir", - .
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib.