ABŞ Ukraynaya 10 milyard dollar yardım edəcəyini açıqlayıb

14:40 - 23 Fevral 2023 - DÜNYA

ABŞ-ın maliyyə naziri Janet Yellen Vaşinqtonun yaxın aylarda Kiyevə təxminən 10 milyard dollar əlavə iqtisadi yardım edəcəyini bildirib.

Ucnoqta.az "New York Times"a istinadən xəbər verir ki, o, bu barədə Hindistan Banqalorunda mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün maliyyələşdirmə proqramı üzərində işə başlaması son dərəcə vacibdir.

Yellen eyni zamanda bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək üçün müttəfiqləri ilə işləməyə davam edir.

Xəbər xətti