Fransa prezidenti Emmanuel Makron martın əvvəlində Mərkəzi Afrikanın dörd ölkəsinə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yelisey sarayında jurnalistlərə məlumat verilib.
Makronun Mərkəzi Afrika əyalətlərinə səfəri martın 1-dən 5-dək davam edəcəyi bildirilir.
Fransa prezidenti martın 1-2-də Librevildə (Qabon) səfər edəcək və burada meşələrin mühafizəsinə həsr olunmuş sammitdə iştirak edəcək.
Makronun səfərinə həmçinin Luanda (Anqola), Brazzavil (Konqo Respublikası) və Kinşasa (Konqo Demokratik Respublikası) daxildir.