Makron martın əvvəlində Afrikaya səfər edəcək

13:26 - 23 Fevral 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron martın əvvəlində Mərkəzi Afrikanın dörd ölkəsinə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yelisey sarayında jurnalistlərə məlumat verilib.

Makronun Mərkəzi Afrika əyalətlərinə səfəri martın 1-dən 5-dək davam edəcəyi bildirilir.

Fransa prezidenti martın 1-2-də Librevildə (Qabon) səfər edəcək və burada meşələrin mühafizəsinə həsr olunmuş sammitdə iştirak edəcək.

Makronun səfərinə həmçinin Luanda (Anqola), Brazzavil (Konqo Respublikası) və Kinşasa (Konqo Demokratik Respublikası) daxildir.

Xəbər xətti