Fevralın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Suriyaya yola düşəcək.
Ucnoqta.az xəbər verir ki, erməni nazir zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardımın üçüncü partiyasını Suriyaya çatdıracaq. Səfər çərçivəsində Ararat Mirzoyan Suriya prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcək.