İmişlidə bıçaqlanma hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Hacırüstəmli kəndində 1992-ci il təvəllüdlü Cavid Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Cavid Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.