Filippində təyyarə qəzasında 4 nəfər ölüb

09:25 - 23 Fevral 2023 - DÜNYA

Filippində aktiv vulkanın krateri yaxınlığında qəzaya uğrayan yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki Avstraliya vətəndaşı və iki yerli sakin həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

"Axtarış və xilasetmə qrupları Filippində qəza yerinə çatıb. Təəssüf ki, sağ qalan yoxdur", - o deyib.

Xatırladaq ki, fevralın 18-də Bikol Beynəlxalq Hava Limanından Manilaya havaya qalxan "Cessna 340A" təyyarəsindəki dörd sərnişin arasında Avstraliyanın Santos qaz şirkətinin iki əməkdaşı da olub. Bir saat sonra dispetçerlərlə əlaqə kəsilib. Təyyarənin qalıqları üç gün sonra Luzon adasında yerləşən aktiv Mayon vulkanının kraterinin yaxınlığında aşkar edilib.

Emin

Xəbər xətti