ABŞ-da Kaliforniya ştatının Orinc qraflığında atışmada üç nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.
Atışma zamanı 20 yaşlı qadının, doqquz yaşlı qız və "News 13" əməkdaşı ölüb.
Telekanalın çəkiliş qrupunun daha bir üzvünün yaralandığı və vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Polis şübhəli şəxsi həbs edib.