Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

16:55 - 22 Fevral 2023 - DÜNYA

Türkiyədə baş verən zəlzələlərdən sonra soyğunçuluq və tikinti qaydalarını pozmaq ittihamı ilə həbs olunanların sayı 340 nəfəri keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata görə, zəlzələdən zərər çəkmiş 11 vilayətin baş prokurorları tərəfindən başlanmış araşdırmalar nəticəsində yeraltı təkanlar nəticəsində uçmuş binaların tikintisi qaydalarını pozmaqda şübhəli bilinən 564 nəfər müəyyən edilib. Onlardan ən azı 160-ı həbs edilib. Digərləri axtarılır.

Soyğunçuluq faktlarının istintaqı çərçivəsində 282 şübhəli müəyyən edilib, onlardan 181-i həbs edilib.

Emin

Xəbər xətti