Nepalda 5,2 bal gücündə zəlzələ baş verib

15:39 - 22 Fevral 2023 - DÜNYA

Nepalda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nepal Seysmoloji Tədqiqatlar və Ölçülər Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hindistanın təxminən Lakhimpur şəhərindən 214 km şimal-şərqdə yerləşən Bajur bölgəsində olub.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Xəbər xətti