Moskvada Rusiya Prezidenti Vladimir Putin və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi arasında görüş keçirilir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq Yi səfəri zamanı Rusiya tərəfi ilə aktual beynəlxalq və regional məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Vanq Yi çərşənbə axşamı Moskvaya gəlib, həmin gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə, daha əvvəl isə çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.