Kiyev taxıl müqaviləsini bir il uzatmaq niyyətindədir
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Ukraynanın infrastruktur nazirinin müavini Yuriy Vaskov bildirib ki, Kiyev bu həftə Türkiyə və BMT-dən taxıl sazişinin ən azı bir il uzadılması və ona daha çox Ukrayna limanlarının daxil edilməsi ilə bağlı danışıqlara başlamağı xahiş etmək niyyətindədir.
O əlavə edib ki, Kiyev onun müddətinin 120 gün yox, ən azı bir il uzadılmasını tələb edəcək.
Vaskov qeyd edib ki, Kiyev gəmilərin dayanma müddətini azaltmaq üçün yoxlama qruplarının artırılmasını xahiş edəcək. Bundan əlavə, sövdələşməyə Nikolayev şəhərinin limanlarının da əlavə edilməsi təklif edilir.
Emin