MAQATE müfəttişləri Tehrana gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri artıq ikinci gündür Tehrandadır və nüvə obyektlərində lazımi yoxlamalar aparırlar.
O qeyd edib ki, Tehran MAQATE ilə əməkdaşlıqda uğursuzluğa yol verməyəcək.
MAQATE əməkdaşlarının İrana səfəri ilə bağlı məlumatı verməyib.
Emin