Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri zamanı Sarmat raketinin sınağını keçirməyə cəhd edib
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, lakin bu sınaq uğursuz olub.
Bildirilir ki, Kreml qitələrarası ballistik raketin buraxılması ilə bağlı dövlətləri əvvəlcədən xəbərdar edibmiş.
Raketin sınağı uğursuzluqla nəticələndiyinə görə, Rusiya prezidenti Vladimir Putinin ötən gün müraciəti zamanı onun haqqında heç nə deməyib.