Polşa Belarus yük maşınları üçün sonuncu keçid məntəqəsini bağlayıb

01:15 - 22 Fevral 2023 - DÜNYA

Polşa yük daşımaları üçün sonuncu keçid məntəqəsində Belarus avtomobilləri üçün hərəkəti bağlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Polşa Daxili İşlər Nazirliyinin qərarı fevralın 21-də qüvvəyə minib. Belarus avtomobilləri Belarusa yüklə yalnız Litva və ya Latviya vasitəsilə gedə bilər. 

Eyni zamanda, Polşa sərhəd xidməti bu sərhəd-keçid məntəqəsindən yalnız Polşada, eləcə də Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası, Avropa İqtisadi Zonası və İsveçrədə qeydiyyatdan keçmiş yük avtomobillərinin keçəcəyini açıqlayıb.

Xəbər xətti