Polşa yük daşımaları üçün sonuncu keçid məntəqəsində Belarus avtomobilləri üçün hərəkəti bağlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polşa Daxili İşlər Nazirliyinin qərarı fevralın 21-də qüvvəyə minib. Belarus avtomobilləri Belarusa yüklə yalnız Litva və ya Latviya vasitəsilə gedə bilər.
Eyni zamanda, Polşa sərhəd xidməti bu sərhəd-keçid məntəqəsindən yalnız Polşada, eləcə də Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası, Avropa İqtisadi Zonası və İsveçrədə qeydiyyatdan keçmiş yük avtomobillərinin keçəcəyini açıqlayıb.