ABŞ-ın Nebraska ştatında kömür qatarı relsdən çıxıb, təxminən 30 vaqon aşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yükün sahibi olan "Union Pacific" şirkətinin məlumatında deyilir.
Məlumata görə, hadisə yerinə texnika cəlb olunub, yüklər təmizlənir.
Hadisə nəticəsində xəsarət alan olmayıb, hadisə baş verən ərazidəki 3 yoldan biri artıq nəqliyyatın hərəkəti üçün açıqdır.