ABŞ-ın bu həftə Rusiyaya qarşı tətbiq etmək niyyətində olduğu yeni ABŞ sanksiyaları 200-ə yaxın biznes və fiziki şəxslərə təsir edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bundan sonra sanksiyalar “qubernatorlara və Rusiya məmurlarının ailə üzvlərinə”, eləcə də hərbi sənaye kompleksindəki şirkətlərə və bununla bağlı materiallar istehsal edən müəssisələrə qarşı tətbiq olunacaq.
Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlərin rəsmi elanının bu həftə baş verəcəyi gözlənilir.