Bakıda gənc oğlanı avtomobil vurub

23:04 - 21 Fevral 2023 - HADİSƏ

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Nurəddin Qəlibəy oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti