Kürdəmirdə qəza baş verib, xəsarət alanlar var -  FOTO

19:18 - 21 Fevral 2023 - HADİSƏ

Kürdəmirdə qəza baş verib, xəsarət alanlar var.

APA -nın xəbərinə görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.

İki “VAZ 2107” və “Mitsubişi” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki “VAZ” avtomobilinin sürücüləri - rayon sakinləri 35 yaşlı Namiq Söhrab oğlu Ədilov və 50 yaşlı Akif Emin oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.


Xəbər xətti