İtkin düşən qadının meyiti tapıldı

18:55 - 21 Fevral 2023 - HADİSƏ

Tovuzda 60 yaşlı qadının meyiti kənd ərazisindəki dərədən tapılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Valya Hüseynovanın cansız bədəni kənd sakinləri tərəfindən aşkarlanıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, qadın üç gün idi evdən çıxmış və geri qayıtmamışdı. Onun itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.

Hadisə yerinə Tovuz rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti