İtaliyanın baş naziri Corc Meloni rəsmi səfərlə Ukraynanın paytaxtına gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə La Repubblica yazır. Nəşrin məlumatına görə, siyasətçi Kiyevə Polşadan qatarla gəlib.
"Burada olmaq və İtaliya hökumətinin mövqeyini təsdiqləmək, həmçinin, bəlkə də, öz azadlıqları uğrunda mübarizə aparan insanların nəyə ehtiyacı olduğunu şəxsən dərk etmək düzgün və zəruridir", - Meloni Ukrayna paytaxtına gələrkən deyib.
Qeyd edildiyi kimi, İtaliyanın baş naziri səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək, həmçinin Buça və İrpenə səfər edəcək.