Putin sülh istəmir, o, ... - Stoltenberq

17:05 - 21 Fevral 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin sülh istəmir, o, Ukraynada yeni hücuma hazırlaşır.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleboq və Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında Putinin federal hökumətə bugünkü mesajını şərh edərkən deyib.

"Bu gün gördüyümüz odur ki, prezident Putin sülhə hazırlaşmır, o, yeni hücumlardan əvvəl müharibəyə hazırlaşır. O, Ukraynaya daha çox qoşun və daha çox silah göndərməyə hazırlaşır", - Stoltenberq bildirib.

Xəbər xətti