Aktrisa Nikol Kidman açıq havada məşq edərkən paparassilərin obyektivinə tuş gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
55 yaşlı aktrisa idmanla məşğul olarkən Sidney parklarından birində fotosessiyaya çəkilib. Nikol Kidman bənövşəyi köynək, mavi qamaş və idman ayaqqabısı ilə poza verib. O, kamera qarşısına makiyajsız və üslubsuz keçib.
Şərhlərdə pərəstişkarları Nikol Kidmanın gözəlliyinə heyran olduqlarını yazıblar:
Qeyd edək ki, aktrisa müğənni Keyt Urbanla evlidir.
Cütlük 2006-cı ildə ailə həyatı qurub. 2008-ci ildə aktrisa və müğənninin Sunday Rose adlı qızı, 2010-cu ildə isə Faith Margaret surroqat ananın köməyi ilə dünyaya gəlib.