NATO Rusiyanı START-da iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START, START III) iştirakını dayandırmaq qərarından təəssüflənir və Rusiya tərəfini bu qərara yenidən baxmağa çağırır.
Stoltenberqin sözlərinə görə, Rusiya Federasiyasının bu addımı “nüvə silahlarına nəzarət mexanizmini sıradan çıxarır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını açıqlamışdı.