Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, araşdırma zamanı O.Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb.
İbtidai istintaq davam etdirilir.