Qərb Rusiyaya strateji məğlubiyyət vermək məqsədini gizlətmir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. Dövlət başçısı bildirib, Rusiya döyüş meydanında məğlub ola bilməz.
Prezident qeyd edib ki, Qərb Rusiyaya strateji məğlubiyyət vermək məqsədini gizlətmir. "Qərbin elitası Rusiyanı vurmaq niyyətlərini gizlətmirlər, necə deyərlər, bu, birbaşa çıxışdır, "strateji məğlubiyyətdir." Bu nə deməkdir? Bizim üçün bu nədir? Bu, bizi birdəfəlik bitirmək deməkdir”, - Putin vurğulayıb.
"Biz hər şeyi belə başa düşürük və ona uyğun reaksiya verəcəyik. Çünki bu halda söhbət ölkəmizin varlığından gedir", - o əlavə edib.