Naxçıvan Muxtar Respublikası ərazisində əhalidə qanunsuz saxlanılmış silahların aşkarlanaraq götürülməsi sahəsində polis əməkdaşları tərəfində mütəmadi olaraq tədbirlər keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan DİN-dən bildirilib. Məlumata görə, bu məqsədlə Şərur RPİ-nin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Şəhriyar kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin evində axtarış aparmışlar və nəticədə Rusya istehsalı TOZ-8 markalı, atəşə yararlı yivli silah aşkarlayaraq götürüblər.
Faktla bağlı araşdırma aparılır.