Şərur sakinindən qanunsuz saxladığı silah aşkarlanıb

14:28 - 21 Fevral 2023 - HADİSƏ

Naxçıvan Muxtar Respublikası ərazisində əhalidə qanunsuz saxlanılmış silahların  aşkarlanaraq götürülməsi sahəsində polis əməkdaşları tərəfində mütəmadi olaraq tədbirlər keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan DİN-dən bildirilib. Məlumata görə, bu məqsədlə Şərur RPİ-nin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında  Şəhriyar kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin evində axtarış aparmışlar və nəticədə Rusya istehsalı TOZ-8 markalı, atəşə yararlı yivli silah aşkarlayaraq götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti