İran nüvə proqramı ilə bağlı diplomatik addımlarda iştirak etməlidir - Blinken

14:22 - 21 Fevral 2023 - DÜNYA

Diplomatiya problemin həlli üçün ən effektiv və davamlı yoldur

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Yunan-Amerika Strateji Dialoqu zamanı brifinqdə deyib.

Dövlət katibinin sözlərinə görə, İran nüvə proqramı ilə bağlı məsələnin həlli üçün diplomatik səylərdə iştirak etməlidir.

"Biz hələ də diplomatiyanın nüvə proqramı ilə bağlı problemi həll etmək üçün ən təsirli və davamlı yol olduğuna inanırıq. Amma hazırda bu səylər dayanıb, çünki İran bunu sadəcə olaraq mənalı şəkildə etmir. Amma qapı həmişə açıqdır. diplomatiya irəliləyir. Çox şey İranın nə dediyi və görəcəyindən və onun diplomatik səylərdə iştirak edib-etməyəcəyindən asılıdır”, - Blinken əlavə edib.

Xəbər xətti