Qalib gəlmək üçün yeni texnologiyalardan istifadə olunacaq - Putin

14:18 - 21 Fevral 2023 - DÜNYA

Ukraynada xüsusi əməliyyatda qalib gəlmək üçün yeni texnologiyalardan istifadə olunacaq

Ucnoqta.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəlmək üçün hər şeyi edəcək.

“Biz ordu və donanmanın döyüş hazırlığını artıran texnologiyaları fəal şəkildə tətbiq edəcəyik. Belə texnologiyalar var. Onların istehsalı və tətbiqi sürəti artır”, - Rusiya dövlətinin başçısı bildirib.

Xəbər xətti