Belarus-Ukrayna sərhədində Ukrayna ordusunun böyük qruplaşması qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib. Belarus Müdafiə Nazirliyi rəhbərinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, polkovnik Valeri Revenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə kəşfiyyat fəaliyyətini davam etdirir və vaxtaşırı bu fəaliyyət zamanı respublikanın hava məkanında dövlət sərhədi pozulur.
Revenko Ukraynadakı münaqişənin Belarusun cənub sərhədində vəziyyəti xeyli gərginləşdirdiyini vurğulayıb və silahlı təxribatların və sərhəd insidentlərinin yüksək ehtimalını qeyd edib.
“Ukraynadakı silahlı münaqişənin indiki çərçivədə qalıb-qalmaması və ya daha da genişlənməsi bizim dözümümüzdən asılıdır”, - deyə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.