Belarus prezidenti Aleksandr Lukaşenko martın ortalarında İrana səfər edəcəyini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. Belarus prezidenti iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə çıxaracağını qeyd edib.
"Bu, bizi əməkdaşlığın daha yüksək səviyyəsinə aparacaq əlamətdar görüş olacaq" - Lukaşenko Minskdə İranın səfiri Səid Yari ilə görüşündə deyib.