Aİ Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

07:45 - 21 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların bir il müddətinə uzadılması qərarını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının Əsasnaməsi Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

Bəyanatda deyilir ki, Rusiya əleyhinə məhdudlaşdırıcı tədbirlər 2024-cü il fevralın 24-dək uzadılmalıdır. 

Qeyd edək ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına 1386 fiziki şəxs və 171 şirkət daxildir.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə davam edəcəyini bildirmişdi. 

Xəbər xətti