Bazar ertəsi Hatay vilayətində baş verən iki zəlzələ nəticəsində 294 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
"Bu gecə Xətaidə baş verən iki zəlzələ nəticəsində 294 yaralı var. Onlardan 18-nin vəziyyəti təəssüf ki, ağırdır" - Koca Tvitter hesabında yazıb.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Hallar İdarəsi ölkənin cənub-şərqində 17 dəqiqə fərqlə baş verən 6,4 və 5,8 bal gücündə iki zəlzələ olduğunu bildirib. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan, Suriyada da hiss olunub.