Türkiyədə yeni zəlzələlərdən sonra bir qadının öldüyü və 8 nəfərin yaralandığı bildirilir
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vitse-prezident Fuat Oktay bildirib. Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində baş verən yeni zəlzələlər nəticəsində 8 nəfər xəsarət alıb.
O, yeraltı təkanlar nəticəsində xəsarət alanların sayını açıqlayıb.
CNN Türk-ün məlumatına görə, Türkiyənin Hatay vilayətinin Samandağ şəhərində bir qadın dünyasını dəyişib.
Fevralın 20-də Hatay vilayətinin Dəfnə və Samandağ ərazilərində 3 dəqiqəlik fasilələrlə 6,4 və 5,8 bal gücündə iki təkan baş verib.