Britaniya İrana qarşı sanksiyaları genişləndirir

21:29 - 20 Fevral 2023 - DÜNYA

 Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək ona daha 8 ad əlavə edib.

Ucnoqta.az xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Krallığın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Qara siyahı”ya İranın üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətində SEPAH komandirinin iki müavini daxildir. Həmçinin Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Senendej bölgəsinin rəhbəri Həsən Əsgəriyə də sanksiya tətbiq edilib

Xəbər xətti