Çin Rusiya ilə birləşsə, dünya müharibəsi baş verərdi
Ucnoqta.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodmir Zelenski müsahibəsində deyib.
"Çin məsələsi son dərəcə mürəkkəbdir. Çinin bu müharibədə Rusiyaya dəstək verməməsi bizim üçün vacibdir. Bununla belə, Çinin baş verənlərə praqmatik qiymət verməsi üçün fürsət görürəm. Çünki Çin Rusiya ilə müttəfiq olubsa, o zaman orada dünya müharibəsi olardı və mən hesab edirəm ki, Çin bundan xəbərdardır”, - deyə prezident bildirib.
O, rusların yeni mümkün hücumunu da şərh edib və qeyd edib ki, onlar artıq bir il əvvəlki kimi güclü deyillər, lakin o zaman da Ukraynanı işğal etmək üçün resursları yox idi.