Yaponiya Ukraynaya 5,5 milyard dollar yardım edəcək

17:09 - 20 Fevral 2023 - DÜNYA

Yaponiya Ukraynaya 5,5 milyard dollar yardım göndərəcək

Ucnoqta.az xəbər verir ki, bunu baş nazir Fumio Kişida dördüncü illik Tokio Qlobal Dialoq Forumunun açılışında çıxışı zamanı bildirib. 

O, həmçinin Yaponiya hökumətinin son bir ildə Ukraynanı və Ukrayna xalqını dəstəkləyini, beynəlxalq ictimaiyyətlə birlikdə Kiyevə hərtərəfli dəstəyi davam etdirəcəyini qeyd edib.

Bundan əlavə, Yaponiyanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskini fevralın 24-də G7 ölkələri liderlərinin onlayn görüşünə dəvət etmək qərarını açıqlayıb. 

Xəbər xətti