Blinken İsveç və Finlandiyanın tezliklə NATO-ya daxil olacağına əminliyini bildirib

09:29 - 20 Fevral 2023 - DÜNYA

NATO tezliklə Finlandiya və İsveçi öz sıralarına rəsmən qəbul edəcək, alyansın genişlənməsi bütün üzv ölkələrin təhlükəsizliyinə töhfə verir.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin paytaxtında türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

"İsveç və Finlandiyanın NATO-ya daxil olması ikitərəfli məsələ deyil. Bilirsiniz, biz onların tezliklə daxil olmasını birmənalı şəkildə dəstəkləyirik. Biz əminik ki, NATO onları tezliklə öz üzvlüyünə rəsmən qəbul edəcək. Bu, ABŞ və Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin təhlükəsizliyini artıracaq”, - diplomat bildirib.

O qeyd edib ki, hər iki ölkə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO-nun tərəfdaşıdır. Onun fikrincə, Helsinki və Stokholm Ankara ilə imzalanmış üçtərəfli memorandum çərçivəsində öz öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atıblar. Dövlət katibi əlavə edib ki, ABŞ bu addımları yüksək qiymətləndirir.

Xəbər xətti