Ukraynada Rusiya ordusunun canlı qüvvə itkilərinin sayı 142860-a çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün daha 590 rusiyalı hərbçi həlak olub.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 7 tankı, 12 zirehli maşını, 1 artilleriya sistemi, 2 qanadlı raketi, 1 ədəd xüsusi texnikası məhv edilib.