ABŞ vitse-prezidentinin təyyarəsi Münhendə xarab oldu

23:17 - 18 Fevral 2023 - DÜNYA

 Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris "Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıtmaslı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg-in jurnalisti Cennifer Jacobs Twitter-də məlumat verib.

"Vitse Prezidentin təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan C-17 dəstək təyyarəsi ilə ABŞ-a qayıdacaq", - Bloomberg yazıb. 

Münhenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.

Xəbər xətti