Suriyada ABŞ hərbi bazası raket atəşinə tutulub

23:02 - 18 Fevral 2023 - DÜNYA

ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket hücumuna məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Koniko və Əl Ömər neft yataqlarının yaxınlığında yerləşən bazanın ərazisində uçuş-enmə zolağı yaxınlığında azı üç raket partlayıb.

Raket hücumu nəticəsində dağıntılar və itkilər barədə məlumat yoxdur.

Xəbər xətti