Qərb uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırlaşır - Blinken

19:54 - 18 Fevral 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken ABŞ və müttəfiqlərinin uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün mümkün addımları müzakirə etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar və onun müttəfiqləri “görünməmiş dəstək” vasitəsilə Ukraynanın təhlükəsizliyinin qorunmasına “güclü sadiqlik” nümayiş etdiriblər.

Blinken vurğuladı ki, Amerika tərəfinin hazırda təmin etdiyi şeylərin çoxu uzunmüddətli perspektivdə Ukraynanın müdafiəsi üçün böyük əhəmiyyət kəsb edəcək.

Burada həmçinin Ukrayna tərəfinin ən güclü mövqedə olmasını təmin etmək üçün Vaşinqtonun təkcə indiki anda deyil, həm də zamanla ata biləcəyi addımlar müzakirə olunur.

Xəbər xətti